Azərbaycanda həyat sığortası bazarı böyüyüb

Azərbaycanda həyat sığortası bazarı böyüyüb

SIĞORTA
219

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda həyat sığortası növləri üzrə 371,534 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 33,5 milyon manat və ya 9,9% artıb.

Məlumata görə, hesabat dövründə həyat sığortası növləri üzrə həyata keçirilən sığorta ödənişlərinin həcmi 207,021 milyon manata çatıb. Bu isə illik müqayisədə 58,7 milyon manat və ya 39,6% artım deməkdir.

Beləliklə, cari ilin ilk dörd ayında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 55,7 manatı müştərilərə ödəniş şəklində geri qaytarılıb.

Qeyd edək ki, 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən ümumilikdə 610,216 milyon manat sığorta haqqı toplanıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,7 milyon manat və ya 3,7% çoxdur.

Eyni dövrdə sığorta ödənişlərinin ümumi həcmi 304,353 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 73 milyon manat və ya 31,6% artım deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda həyat sığortası bazarı böyüyüb — Fins.az — Fins.az