Azərbaycanda əmlak sığortası üzrə yığımlar və ödənişlər artıb

Azərbaycanda əmlak sığortası üzrə yığımlar və ödənişlər artıb

SIĞORTA
404

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda əmlak sığortası üzrə 47,878 milyon manat sığorta haqqı toplanıb.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,6 milyon manat və ya 18,8% çoxdur.

Hesabat dövründə əmlak sığortası üzrə ödənişlər 727 min manat artaraq 6,754 milyon manata çatıb, yəni 12,1% artım qeydə alınıb. Toplanmış hər 100 manat sığorta haqqının 14,1 manatı müştərilərə geri ödənilib.

Yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti vasitəsilə ümumilikdə 277,562 milyon manat sığorta haqqı toplanıb ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,3% azdır.

Hesabat dövründə sığorta ödənişlərinin ümumi həcmi 148,800 milyon manat təşkil edib və illik ifadədə 37% artım göstərib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda əmlak sığortası üzrə yığımlar və ödənişlər artıb — Fins.az — Fins.az