
Azərbaycanda əmlak sığortası haqları 25%-ə yaxın artıb
2026-cı ilin yanvar–mart aylarında Azərbaycanda əmlak sığortası növləri üzrə toplanan sığorta haqlarının həcmi 65,901 milyon manat təşkil edib.
Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13,1 milyon manat və ya 24,9% artım deməkdir.
Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin həcmi də artaraq 9,570 milyon manata çatıb. Bu göstərici 1,061 milyon manat və ya 12,5% artım təşkil edir.
Ümumilikdə isə bu ilin yanvar–mart aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 417,753 milyon manat sığorta haqqı toplanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,7 milyon manat və ya 4,7% çoxdur.
Eyni zamanda, sığorta ödənişlərinin həcmi 218,456 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 54,4 milyon manat və ya 33,2% artım deməkdir.