ASA tərkibində sığorta agentləri ilə bağlı xüsusi işçi qrupu yaradıldı

ASA tərkibində sığorta agentləri ilə bağlı xüsusi işçi qrupu yaradıldı

SIĞORTA
905

Fins.az - Bu barədə məlumatı Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Abas Miskərli ASA-da sığorta agentləri ilə görüş zamanı bildirib.

ASA-dan verilən məlumata görə, Azərbaycan Sığortaçılar Assosiasiyasında sığorta agentləri ilə görüş keçirilib. Görüş çərçivəsində sığorta vasitəçiliyi institutunu maraqlandıran məsələlər, sığorta agentlərinin üzləşdiyi problemlər və onların həlli yolları, həmçinin, qanunvericilikdə sığorta vasitəçilərinə dair bölmələrə təklif oluna biləcək əlavə və düzəlişlər müzakirə olunub.

Görüş zamanı Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Abas Miskərli, sığorta vasitəçilərinin fəaliyyətinin aktivləşdirilməsi və mövcud çətinliklərin həlli yollarının operativ araşdırılması və aradan qaldırılmasının stimullaşdırılması məqsədilə ASA tərkibində “Sığorta agenti” və “Sığorta brokeri” adlı iki işçi qrupunun yaradıldığını elan edib.

Qeyd edək ki, hazırda ASA tərkibində şirkət rəhbərliklərinin təmsil olunduğu “Həyat sığortaçılığı” və “Qeyri-həyat sığortaçılığı” komitələri, o cümlədən, müvafiq sahə mütəxəssislərinin üzv olduğu 20-yə yaxın işçi və ekspert qrupları fəaliyyət göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ASA tərkibində sığorta agentləri ilə bağlı xüsusi işçi qrupu yaradıldı — Fins.az — Fins.az