WUF13 üçün 53 hektarlıq şəhərcik – qiymət və xidmət standartları açıqlanıb

WUF13 üçün 53 hektarlıq şəhərcik – qiymət və xidmət standartları açıqlanıb

RƏSMİ
329

WUF13 çərçivəsində tədbir məkanında qida qiymətlərinə nəzarət ediləcək və şəhərdəkindən yüksək qiymətlərin tətbiqinə icazə verilməyəcək.

Fins.az xəbər verir ki, bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov mediatur zamanı bildirib.

Məlumata əsasən, Bakı Olimpiya Stadionunda keçirilən WUF13 üçün yaradılan şəhərcik tipli məkanda kafe və restoranlar fəaliyyət göstərəcək, ərazidə xüsusi küçə infrastrukturu formalaşdırılıb.

Bildirilib ki, tədbir məkanında məlumatlandırma lövhələri quraşdırılıb və iştirakçılar “Media mərkəzi” vasitəsilə müxtəlif zonalara rahat keçid edə biləcəklər.

Qeyd olunub ki, WUF13 günlərində BMT tərəfindən müəyyən edilən bütün tələblər tam şəkildə icra olunacaq.

Eyni zamanda xaricdə olan və qeydiyyatdan keçmiş iştirakçıların forum sessiyalarına hibrid formatda qoşulması mümkün olacaq.

Təşkilatçıların məlumatına görə, forum üçün 165 xarici tərcüməçi cəlb olunub, həmçinin işarət dili ilə tərcümə xidməti də təmin ediləcək.

Forum zamanı 14 otaqdan canlı yayım həyata keçiriləcək, ümumi yayım prosesini isə Bakı Media Mərkəzi icra edəcək.

Bildirilib ki, WUF13 ərazisinin ümumi sahəsi 53 hektardır, bunun 10 hektarı nəqliyyat zonası üçün ayrılıb.

Tədbirdə ümumilikdə 32 mindən çox iştirakçının qatılması gözlənilir, forum üçün 180 ölkədən nümayəndə qeydiyyatdan keçib və jurnalistlərin sayı 1020-dən çoxdur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...