WUF platformasında şəhərlərin inklüzivliyi ilə bağlı yeni qərarlar gözlənilir

WUF platformasında şəhərlərin inklüzivliyi ilə bağlı yeni qərarlar gözlənilir

RƏSMİ
279

Şəhərlərin daha inklüziv və əlverişli olması istiqamətində WUF platformasında konkret qərarların qəbul ediləcəyi gözlənilir.

Fins.az xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi İqor Qarafuliç “Şəhərlər hamı üçün – heç kim kənarda qalmasın” adlı tədbirdə çıxış zamanı bildirib.

Onun sözlərinə görə, BMT şəhərlərin inkişafında inklüziv yanaşmaları dəstəkləyir və imkanların hər kəs üçün bərabər olması prinsipinin tətbiqinə xüsusi önəm verir.

Qeyd olunub ki, şəhərlər artıq yalnız iqtisadi mərkəzlər kimi deyil, həm də sosial həyatın əsas məkanları kimi formalaşır və bu səbəbdən imkanları məhdud şəxslər üçün bərabər iştirak imkanlarının yaradılması mühüm əhəmiyyət daşıyır.

BMT rəsmisi bildirib ki, təşkilatın konvensiyalarına uyğun olaraq bütün vətəndaşların sosial, iqtisadi və mədəni həyatda fəal iştirakı təmin edilməlidir və bu istiqamətdə şəhərlərin daha inklüziv olması vacibdir.

O, həmçinin vurğulayıb ki, Bakıda bu istiqamətdə geniş imkanlar mövcuddur və gənclər, yaşlılar və miqrantlar daxil olmaqla bütün qrupların bir araya gələrək mövcud baryerlərin aradan qaldırılması üçün əməkdaşlıq etməsi vacibdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
WUF platformasında şəhərlərin inklüzivliyi ilə bağlı yeni qərarlar gözlənilir — Fins.az — Fins.az