Vilayət Eyvazov idarə və şöbəni ləğv etdi

Vilayət Eyvazov idarə və şöbəni ləğv etdi

RƏSMİ
852

Azərbaycanın daxili işlər orqanlarında struktur dəyişikliyi olub.

Fins.az-ın xəbərinə görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Narkotiklərlə Mübarizə İdarəsi və Daxili Təhqiqatlar Şöbəsi ləğv edilib.

Ləğv edilən idarə və şöbənin vəzifələri DİN-in müvafiq idarə və baş idarələrinə həvalə olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Qeyd edək ki, bununla bağlı ilk xəbəri yenisabah.az saytı yayıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Vilayət Eyvazov idarə və şöbəni ləğv etdi — Fins.az — Fins.az