
Vahid Xəzinə Hesabının idarə edilməsindən büdcəyə 7,4 milyon manat faiz gəliri daxil olub
2026-cı ilin I rübündə Azərbaycanda vahid xəzinə hesabının aktiv idarə edilməsi dövlət büdcəsinə əlavə gəlir qazandırıb.
Fins.az Maliyyə Nazirliyinin məlumatına əsasən xəbər verir ki, bu dövrdə yalnız xarici valyutada yerləşdirilən vəsaitlər hesabına 7,4 milyon manat faiz gəliri əldə olunub.
Bununla yanaşı, 2025-ci il ərzində vahid xəzinə hesabının effektiv idarə olunması nəticəsində dövlət büdcəsinə ümumilikdə 121 milyon manat gəlir daxil olub.
ƏDV geri al layihəsi:
Hesabat dövründə “ƏDV geri al” mexanizmi çərçivəsində formalaşan ümumi məbləğ 61,8 milyon manat təşkil edib. Bu vəsaitdən 62,1 milyon manat fiziki və hüquqi şəxslərə geri qaytarılıb, 0,3 milyon manat isə dövlət rüsumu kimi qeydə alınıb.