Türkmənistanda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun iclası keçiriləcək

Türkmənistanda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun iclası keçiriləcək

RƏSMİ
1,103

Sabah Türkmənistanda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun altıncı iclası keçiriləcək.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkmənistandakı səfirliyi məlumat yayıb.

Qeyd edək ki, sentyabrın 11-13-də Türkmənistanın Aşqabad şəhərində Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun altıncı iclası keçiriləcək. Müzakirələrdə Azərbaycan, İran, Qazaxıstan, Rusiya, Türkmənistan nümayəndə heyətləri iştirak edəcəkdir.

Azərbaycanı iclasda xarici işlər nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Türkmənistanda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun iclası keçiriləcək — Fins.az — Fins.az