Taxılyığan kombaynların satışı ƏDV-dən azad olunub

Taxılyığan kombaynların satışı ƏDV-dən azad olunub

RƏSMİ
1,154

Nazirlər Kabineti “Əlavə dəyər vergisindən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə onların ehtiyat hissələrinin Siyahısı”nda dəyişiklik edib.

Fins.az-ın xəbərinə görə, dəyişikliyə əsasən, taxılyığan kombaynlar və taxıl döyümü maşınları və ya mexanizmləri satışı ƏDV-dən azad olunan texnikaların siyahısına daxil edilib.

Kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş pnevmatik qaldırıcılar və konveyerlər (səpələnən materiallar üçün), samanın tədarükü üçün digər maşınların satışı da ƏDV-dən azad edilb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Taxılyığan kombaynların satışı ƏDV-dən azad olunub — Fins.az — Fins.az