Sığortaolunanların uçotu yalnız FİN vasitəsilə aparılacaq

Sığortaolunanların uçotu yalnız FİN vasitəsilə aparılacaq

RƏSMİ
460

2026-cı ilin iyulun 1-dən sığortaolunanların uçotu yalnız fərdi identifikasiya nömrəsi (FİN) vasitəsilə aparılacaq.

Fins.az xəbər verir ki, bu dəyişiklik Prezident İlham Əliyevin imzaladığı Əmək Məcəlləsinə, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" qanunlara edilmiş düzəlişlərdə öz əksini tapıb.

Sənədə əsasən, sosial sığorta nömrəsi (SSN) verilərkən elektron sistemlərdə həmin şəxsin şəxsiyyət vəsiqəsinin FİN-i ilə əlaqələndiriləcək. Beləliklə, sığortaedənlər işə qəbul zamanı sığortaolunanlardan SSN-in tələb edilməsinə və ya başqa üsulla sosial sığorta nömrəsinin öyrənilməsinə ehtiyac duymayacaqlar.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sığortaolunanların uçotu yalnız FİN vasitəsilə aparılacaq — Fins.az — Fins.az