Səfərbərlik üzrə hərbi xidmətə çağırılanların mərhələli şəkildə tərxis edilməsinə başlanılıb - ƏMR

Səfərbərlik üzrə hərbi xidmətə çağırılanların mərhələli şəkildə tərxis edilməsinə başlanılıb - ƏMR

RƏSMİ
1,626

Bakı 25 dekabr Fins.az

Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” Sərəncamının Azərbaycan Ordusunda icrası ilə əlaqədar Müdafiə nazirinin müvafiq əmri imzalanıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, əmrə əsasən, Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr tarixli sərəncamı ilə hərbi xidmətə çağırılan hərbi qulluqçular cari ilin dekabr ayının 25-dən 2021-ci ilin aprel ayının 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcək.
Hərbi qulluqçular onların yaş həddi nəzərə alınmaqla, mərhələli şəkildə və tərxisetmə dövrlərinə uyğun olaraq tərxis olunacaq. 

Tərxisetmə ilə bağlı ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Səfərbərlik üzrə hərbi xidmətə çağırılanların mərhələli şəkildə tərxis edilməsinə başlanılıb - ƏMR — Fins.az — Fins.az