
Qarabağ və Şərqi Zəngəzurda bərpa xərcləri açıqlanıb
Bu ilin I rübündə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin – Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulması və bərpası məqsədilə 386,2 milyon manat vəsait istifadə olunub.
Fins.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu məbləğ illik nəzərdə tutulmuş vəsaitin 11%-ni təşkil edir.
Məlumata əsasən, ayrılmış vəsaitin 355,2 milyon manatı infrastruktur layihələrinin icrasına yönəldilib. Bu çərçivədə avtomobil yollarının layihələndirilməsi, tikintisi və yenidən qurulması üçün 185 milyon manat, yeni yaşayış komplekslərinin tikintisi üçün 142,2 milyon manat, turizm infrastrukturunun yaradılması və digər tədbirlər üçün isə 28 milyon manat xərclənib.
Bundan əlavə, 10,7 milyon manat səhiyyə və mədəniyyət yönümlü sosial layihələrin maliyyələşdirilməsinə, 20,3 milyon manat isə ərazilərin minalardan təmizlənməsi işlərinə yönəldilib.