Peşə Tədris Mərkəzinin adı dəyişdirildi - QƏRAR

Peşə Tədris Mərkəzinin adı dəyişdirildi - QƏRAR

RƏSMİ
677

Baş Nazir Əli Əsədov Nazirlər Kabinetinin “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Tədris Mərkəzinin yaradılması haqqında” qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Fins.az  xəbər verir ki, dəyişikliklə “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Tədris Mərkəzinin adındakı “Tədris” sözü “Təhsil” sözü ilə əvəz edilib.

Eyni zamanda, qərarın II hissəsi yeni redaksiyada verilib:

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə Peşə Təhsil Mərkəzinin fəaliyyətə başlaması üçün müvafiq tədbirlər görməlidir”

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Peşə Tədris Mərkəzinin adı dəyişdirildi - QƏRAR — Fins.az — Fins.az