Ölkəyə gələn Rusiya və Türkiyə vətəndaşları da PCR testi verməyəcək

Ölkəyə gələn Rusiya və Türkiyə vətəndaşları da PCR testi verməyəcək

RƏSMİ
1,819

Rusiya və Türkiyə vətəndaşlarının da Azərbaycana daxil olması ilə bağlı COVID-19-a dair PCR testi tələbi ləğv olunub.

Fins.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ın təsdiq edilməsi barədə” 2020-ci il 11 iyun tarixli 199 nömrəli və “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 26 may tarixli 151 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında qərar imzalayıb.

Dəyişikliklə Rusiya və Türkiyə vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərə - COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) əsasında (yaşı 18-dək olan şəxslər istisna olmaqla) hava nəqliyyatı vasitəsilə Azərbaycana giriş-çıxışına icazə veriləcək.

Qeyd edək ki, daha əvvəl Azərbaycana hava yolu ilə gələrkən bu ölkələrin vətəndaşları, o cümlədən həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarından COVID-19 pasportu ilə yanaşı uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd də tələb olunurdu. 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ölkəyə gələn Rusiya və Türkiyə vətəndaşları da PCR testi verməyəcək — Fins.az — Fins.az