Karantin rejiminin pozulmasına görə cərimələr büdcəyə gedəcək

Karantin rejiminin pozulmasına görə cərimələr büdcəyə gedəcək

RƏSMİ
682

Nazirlər Kabineti “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edib.

Fins.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatının 1.4.3.1.1.2-ci yarımmaddəsi aşağıdakı redaksiyada verilib:

1 4 3 1 1 2 Epidemiya əleyhinə rejimin, sanitariya, gigiyena və karantin rejimlərinin pozulmasına görə

Belə ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələr Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına daxil edilib.

Bundan əvvəl isə sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulmasına görə cərimələr Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına daxil idi.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Karantin rejiminin pozulmasına görə cərimələr büdcəyə gedəcək — Fins.az — Fins.az