İrana göndərilən yardıma ərzaq və tibbi ləvazimatlar daxildir – Emil Həsənzadə

İrana göndərilən yardıma ərzaq və tibbi ləvazimatlar daxildir – Emil Həsənzadə

RƏSMİ
516

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq İran İslam Respublikasına humanitar yardım göndərilib.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Ehtiyatlara Nəzarət Departamentinin direktoru Emil Həsənzadə jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, göndərilən yardıma əsas ərzaq məhsulları – un, düyü, qənd, çay – və dərman, tibbi ləvazimatlar daxildir. Emil Həsənzadə qeyd edib ki, humanitar yardım yüklənmiş avtomobillər artıq yola salınıb və qısa müddət ərzində təyinat yerinə çatdırılacaq.

Humanitar təşəbbüs qonşu ölkədə ehtiyac yaranmış əhaliyə dəstək məqsədilə həyata keçirilib və Azərbaycan-İran dostluq münasibətlərinin gücləndirilməsinə xidmət edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İrana göndərilən yardıma ərzaq və tibbi ləvazimatlar daxildir – Emil Həsənzadə — Fins.az — Fins.az