İlham Əliyev Vahid Novruzovu “Şöhrət” ordeni ilə təltif edib

İlham Əliyev Vahid Novruzovu “Şöhrət” ordeni ilə təltif edib

RƏSMİ
1,055

Prezident İlham Əliyev Vahid Novruzovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Fins.az xəbər verir ki, Azərbaycan Respublikasında auditor xidməti sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Vahid Tapdıq oğlu Novruzov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov 1950-ci ilin yanvarın 7-də Qərbi Azərbaycanın Loru mahalının Allahverdi qəsəbəsində doğulub. Sabah onun 70 illik yubileyidir. 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İlham Əliyev Vahid Novruzovu “Şöhrət” ordeni ilə təltif edib — Fins.az — Fins.az