İcmal büdcədə 10 aylıq profisit 8,269 milyard manat təşkil edib

İcmal büdcədə 10 aylıq profisit 8,269 milyard manat təşkil edib

RƏSMİ
347

Bu ilin yanvar-oktyabr ayları ərzində icmal büdcənin gəlirləri 40,961 milyard manat təşkil edib.

Finss.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu göstərici on aylıq proqnozu 3 946,5 milyon manat və ya 10,7% üstələyib.

Məlumata əsasən, 2025-ci ilin 10 ayı ərzində icmal büdcənin xərcləri 32,692 milyard manat məbləğində icra edilib.

Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 872,7 milyon manat və ya 2,7% çoxdur.

Nəticə etibarilə, bu ilin ilk 10 ayında icmal büdcədə 8,269 milyard manat profisit yaranıb.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İcmal büdcədə 10 aylıq profisit 8,269 milyard manat təşkil edib — Fins.az — Fins.az