Gələn ilin dövlət büdcəsində yaşayış minimumu 196 manat məbləğində müəyyən edilir

Gələn ilin dövlət büdcəsində yaşayış minimumu 196 manat məbləğində müəyyən edilir

RƏSMİ
571

Bakı 25 dekabr Fins.az

2021-ci ilin dövlət büdcəsində yaşayış minimumu ölkə üzrə 196,0 manat məbləğində müəyyən edilir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196,0 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 207,0 manat, pensiyaçılar üçün 162,0 manat, uşaqlar üçün 175,0 manat məbləğində proqnozlaşdırılır. Bu da 2020-ci illə müqayisədə müvafiq olaraq orta hesabla 6,0 manat və ya 3,1 faiz çoxdur.

Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Gələn ilin dövlət büdcəsində yaşayış minimumu 196 manat məbləğində müəyyən edilir — Fins.az — Fins.az