
Gələn il fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün 20 milyon manat ayrılması planlaşdırılır
Gələn il dövlət büdcəsindən fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün ayrılacaq vəsait müəyyənləşib.
Bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, 2021-ci ilin dövlət büdcəsində fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər üçün 20,0 milyon manat vəsait nəzərdə tutulub.