Fuad Muradov: "Dünya azərbaycanlıları Azərbaycanın nüfuzunu artırır"

Fuad Muradov: "Dünya azərbaycanlıları Azərbaycanın nüfuzunu artırır"

RƏSMİ
520

Finss.az - Dövlət Diasporla İş üzrə Komitəsi 2024-cü ilin yekunlarına həsr olunmuş videokonfrans təşkil edib.

85 ölkədən 1000 azərbaycanlının iştirak etdiyi tədbirdə, Azərbaycan dövlətinin diaspor siyasəti, həyata keçirilən layihələr və diasporun gücləndirilməsi məsələləri müzakirə olunub. Komitə sədri Fuad Muradov, dünya azərbaycanlılarının birləşərək Azərbaycanın nüfuzunu artırmağa yönəlmiş fəaliyyətlərini yüksək qiymətləndirib.

Videokonfransda musiqiçilərin ifaları və videomateriallar nümayiş etdirilib, Azərbaycan Respublikasının "Diaspor fəaliyyətində göstərilən xidmətlərə görə" medalı ilə bir qrup soydaşımız təltif olunub. Konfrans iştirakçıları Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya göstərilən diqqətə görə təşəkkürlərini ifadə ediblər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Fuad Muradov: "Dünya azərbaycanlıları Azərbaycanın nüfuzunu artırır" — Fins.az — Fins.az