Enerji artıq iqtisadiyyatın hüdudlarından kənara çıxıb, geosiyasət və təhlükəsizlik məsələsinə çevrilib - Ukrayna səfiri

Enerji artıq iqtisadiyyatın hüdudlarından kənara çıxıb, geosiyasət və təhlükəsizlik məsələsinə çevrilib - Ukrayna səfiri

RƏSMİ
421

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası qlobal çağırışlar və enerji bazarının transformasiyası fonunda strateji dialoq üçün mühüm platforma rolunu oynayır.

Fins.az xəbər verir ki, bunu Ukraynanın Bakıdakı səfiri Yuri Qusev sosial şəbəkə hesabında bildirib.

Səfir qeyd edib ki, enerji artıq iqtisadiyyatın hüdudlarından kənara çıxıb və geosiyasət və təhlükəsizlik məsələsinə çevrilib. O, marşrutların etibarlılığı, tədarüklərin proqnozlaşdırılan olması və tərəfdaşlar arasında qarşılıqlı etibarın Avropanın və dünyanın dayanıqlılığı üçün əsas amil olduğunu vurğulayıb.

Yuri Qusev həmçinin bildirib ki, alternativ qaz marşrutlarının inkişafı və ölkələr arasında əməkdaşlığın genişləndirilməsi enerji təhlükəsizliyi və strateji balansın təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Enerji artıq iqtisadiyyatın hüdudlarından kənara çıxıb, geosiyasət və təhlükəsizlik məsələsinə çevrilib - Ukrayna səfiri — Fins.az — Fins.az