Dövlət Neft Fondundan büdcəyə transfertlər proqnoza tam icra edilib

Dövlət Neft Fondundan büdcəyə transfertlər proqnoza tam icra edilib

RƏSMİ
625

2025-ci ilin yanvar-sentyabr aylarında Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlər 10,861 milyard manat təşkil edib və proqnoza qarşı 100 faiz icra olunub.

Finss.az-ın Maliyyə Nazirliyinə istinadən məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13,3% və ya 1,275 milyard manat çoxdur.

Qeyd edək ki, 2025-ci il üzrə ARDNF dövlət büdcəsinə 14,481 milyard manat vəsait köçürməlidir ki, bu da proqnoza tam icra deməkdir.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dövlət Neft Fondundan büdcəyə transfertlər proqnoza tam icra edilib — Fins.az — Fins.az