Dövlət büdcəsinin gəlirləri proqnozu 350,5 milyon manat üstələyib

Dövlət büdcəsinin gəlirləri proqnozu 350,5 milyon manat üstələyib

RƏSMİ
221

Fins.az – 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub.

Maliyyə Nazirliyinin məlumatına görə, hesabat dövründə xəzinə əməliyyatlarına dair müraciətlərin qanunvericiliyin tələblərinə uyğun, operativ və xətasız icrası təmin edilib. Bu müddətdə xəzinədarlıq orqanları tərəfindən 624 mindən çox ödəniş tapşırığı vaxtında və tam şəkildə yerinə yetirilib.

Məlumata əsasən, cari ilin ilk altı ayında dövlət büdcəsinin gəlirləri 19 milyard 179,4 milyon manat təşkil edib. Bu göstərici proqnozu 350,5 milyon manat və ya 1,9% üstələyib.

Hesabat dövründə dövlət büdcəsinin xərcləri 17 milyard 230,6 milyon manat proqnoza qarşı 16 milyard 775,5 milyon manat məbləğində icra olunub ki, bu da 97,4% icra səviyyəsi deməkdir.

Bununla yanaşı, 2026-cı ilin yanvar-iyun aylarında icmal büdcənin gəlirləri 24 milyard 414,1 milyon manat, xərcləri isə 19 milyard 824,4 milyon manat təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dövlət büdcəsinin gəlirləri proqnozu 350,5 milyon manat üstələyib — Fins.az — Fins.az