Dopinqə qarşı mübarizə hüququ Gənclər və İdman Nazirliyindən alınaraq digər nazirliyə verilib

Dopinqə qarşı mübarizə hüququ Gənclər və İdman Nazirliyindən alınaraq digər nazirliyə verilib

RƏSMİ
1,176

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fins.Az AZƏRTAC-a istinadən bildirir ki, Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə"yə aşağıdakı məzmunda 9.5-1-ci bənd əlavə edilir:

"9.5-1. "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, terapevtik istifadəyə icazə, intizam və apellyasiya qurumları yaradır və onların əsasnamələrini təsdiq edir;".

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dopinqə qarşı mübarizə hüququ Gənclər və İdman Nazirliyindən alınaraq digər nazirliyə verilib — Fins.az — Fins.az