Bakı–Tbilisi–Qars xətti üzrə regional inteqrasiya imkanları artır - İrakli Kobaxidze

Bakı–Tbilisi–Qars xətti üzrə regional inteqrasiya imkanları artır - İrakli Kobaxidze

RƏSMİ
58

Gürcüstan hökuməti Ermənistanın Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu layihəsinə mümkün qoşulmasını istisna etmir və regional tranzit əməkdaşlığının genişləndirilməsinə açıq olduğunu bildirir.

Fins.az xəbər verir ki, bu barədə İrakli Kobaxidze BTQ dəmir yolu xəttinin yeni hissəsinin açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Baş nazirin sözlərinə görə, Gürcüstan regionda nəqliyyat və tranzit funksiyasının inkişafı çərçivəsində Ermənistanla əməkdaşlığa xüsusi önəm verir.

O qeyd edib ki, Tbilisi “erməni dostları” ilə əməkdaşlığı, xüsusilə tranzit və logistika sahəsində əlaqələrin daha da dərinləşdirilməsini dəstəkləyir.

İ.Kobaxidze Ermənistanın Bakı–Tbilisi–Qars dəmir yolu layihəsinə mümkün qoşulması ilə bağlı sualı cavablandırarkən bunun istisna olunmadığını bildirib və belə bir variantın real olduğunu qeyd edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...