Azərbaycanın iqtisadi artım proqnozları: ÜDM 2030-da 166,9 milyard manat olacaq

Azərbaycanın iqtisadi artım proqnozları: ÜDM 2030-da 166,9 milyard manat olacaq

RƏSMİ
368

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən mart ayında təqdim olunan proqnozlara əsasən, baza ssenari çərçivəsində 2027–2030-cu illər üçün neftin bir barelinin orta illik ixrac qiyməti 65,0 ABŞ dolları səviyyəsində götürülüb.

Fins.az-ın Maliyyə Nazirliyinə istinadən məlumatına görə, həmin dövrdə iqtisadi artımla bağlı əsas göstəricilər də açıqlanıb.

Proqnozlara əsasən, 2027-ci ilin sonuna ölkədə ÜDM-in həcminin 139,0 milyard manat təşkil edəcəyi, 2030-cu ildə isə bu rəqəmin 166,9 milyard manata qədər yüksələcəyi gözlənilir.

Bildirilib ki, ÜDM-də qeyri-neft-qaz sektorunun xüsusi çəkisi 2025-ci ildəki 71,5 faizdən 2027-ci ildə 78 faizə, 2030-cu ildə isə 81,8 faizə qədər artacaq.

Eyni zamanda, ortamüddətli dövrdə iqtisadi artım tempinin də müsbət dinamika saxlayacağı proqnozlaşdırılır. Belə ki, ÜDM-in real artımının orta illik 3,3 faiz, qeyri-neft-qaz ÜDM-in isə 4,2 faiz səviyyəsində olacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın iqtisadi artım proqnozları: ÜDM 2030-da 166,9 milyard manat olacaq — Fins.az — Fins.az