
Azərbaycanın daxili dövlət borcu 16,5 milyard manata yaxınlaşıb
2026-cı ilin 1 aprel tarixinə Azərbaycanın daxili dövlət borcu 16 milyard 492,9 milyon manat təşkil edib ki, bu da 2026-cı il üzrə proqnozlaşdırılan ÜDM-in 12,6%-nə bərabərdir.
Fins.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyi açıqlama yayıb.
Məlumata əsasən, daxili dövlət borcu 2026-cı ilin 1 yanvar tarixi ilə müqayisədə 1 milyard 311,6 milyon manat azalıb.
Hesabat dövrünə daxili dövlət borcunun 7 milyard 695,5 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 8 milyard 797,4 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərinin payına düşür.