Azərbaycanda büdcə siyasətinin yeni mərhələsi: əsas istiqamətlər açıqlanıb

Azərbaycanda büdcə siyasətinin yeni mərhələsi: əsas istiqamətlər açıqlanıb

RƏSMİ
412

2027-ci il və növbəti üç ili əhatə edən ortamüddətli dövr üzrə büdcə siyasətinin məqsəd, istiqamət və hədəfləri ölkədə formalaşan yeni çağırışlar nəzərə alınmaqla müəyyən edilib.

Fins.az-ın Maliyyə Nazirliyinə istinadən məlumatına görə, fiskal siyasətin əsas prioritetləri bir sıra strateji sənədlər və dövlət proqramları ilə uzlaşdırılıb.

Məlumatda qeyd olunur ki, əvvəlki dövrlər üzrə fiskal siyasətə xas olan çağırışlar, o cümlədən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in icrası, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi kimi istiqamətlər ortamüddətli büdcə dövründə də aktuallığını qoruyur.

Bununla yanaşı, rəqəmsal inkişaf sahəsində müəyyən edilmiş prioritetlər, su təchizatı və nəqliyyat infrastrukturunun genişləndirilməsi, həmçinin sosial, ərzaq təminatı və digər sahələr üzrə qəbul edilən strategiyalar və dövlət proqramları fiskal siyasətin formalaşmasında əsas amillər kimi göstərilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda büdcə siyasətinin yeni mərhələsi: əsas istiqamətlər açıqlanıb — Fins.az — Fins.az