Azərbaycan və Türkmənistan arasında bir sıra mühüm sənədlər imzalanıb

Azərbaycan və Türkmənistan arasında bir sıra mühüm sənədlər imzalanıb

RƏSMİ
171

Azərbaycan Respublikası ilə Türkmənistan arasında imzalanmış sənədlərin iyunun 22-də Azərbaycan Prezidenti İlham Əliyev və Sərdar Berdiməhəmmədovin iştirakı ilə mübadiləsi mərasimi keçirilib.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Mərasim çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Birgə Bəyanat imzalayıblar.

Tərəflər arasında gömrük, ticarət, iqtisadiyyat, energetika, sənaye, kənd təsərrüfatı, səhiyyə, sosial müdafiə, gənclər və idman sahələrini əhatə edən bir sıra sənədlər mübadilə olunub.

İmzalanan sənədlər arasında “Azərbaycan Respublikası ilə Türkmənistan arasında daşınan mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsi üçün Texniki şərtlər”, qarşılıqlı ticarətin gömrük statistikası sahəsində əməkdaşlıq haqqında Protokol, idman, əmək və əhalinin sosial müdafiəsi, səhiyyə, qida təhlükəsizliyi, kənd təsərrüfatı və energetika sahələrində əməkdaşlıq sənədləri yer alıb.

Bununla yanaşı, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2026–2028-ci illər üzrə sənaye sahəsində əməkdaşlıq Proqramı”, iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsinin əsas istiqamətləri haqqında Saziş, həmçinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Türkmənistanın Xarici İşlər Nazirliyi arasında 2026–2029-cu illər üçün Əməkdaşlıq Proqramı da mübadilə edilən sənədlər sırasındadır.

Sənədlərin mübadiləsi Azərbaycan və Türkmənistan arasında iqtisadi, ticarət, logistika, maliyyə və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...