Azərbaycan Dövlət Aqrar Universitetinin rektor vəzifəsini kim icra edir?

Azərbaycan Dövlət Aqrar Universitetinin rektor vəzifəsini kim icra edir?

RƏSMİ
2,305

Azərbaycan Dövlət Aqrar Universitetinə rektor vəzifəsini icra edən təyin olunub.

Bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, bu vəzifəyə universitetin ümumi işlər üzrə prorektoru Zəfər Qurbanov gətirilib.

O, universitetin kollektivinə təqdim edilib.

Qeyd edək ki, sentyabrın 6-da Prezident İlham Əliyevin sərəncamı ilə İbrahim Həsən oğlu Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən azad edilib. O, 2013-cü ildən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsində çalışırdı.

(c)Report


 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan Dövlət Aqrar Universitetinin rektor vəzifəsini kim icra edir? — Fins.az — Fins.az