“Azərbaycan Dəmir Yolları”nın Müşahidə Şurasının tərkibi məlum olub

“Azərbaycan Dəmir Yolları”nın Müşahidə Şurasının tərkibi məlum olub

RƏSMİ
776

Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. 

Fins.az-ın xəbərinə görə, sərəncama əsasən, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

Müşahidə Şurasının sədri

 

Rəşad Nəbiyev – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Müşahidə Şurasının üzvləri

Emin Hüseynov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Azər Mursaqulov – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru

Ruslan Əlixanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru

Emil Məcidov – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müşaviri.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Azərbaycan Dəmir Yolları”nın Müşahidə Şurasının tərkibi məlum olub — Fins.az — Fins.az