XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı

XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı

PR
277

Xalq Bankın təqdim etdiyi XalqKart CashbackPetrol kartları üzrə qalığa faiz hesablanan məbləğ limiti artırıldı. 1 iyuldan etibarən XalqKartda olan 300 AZN-dən 20 000 AZN-dək qalıq məbləği kart sahibinə illik 7 % olmaqla əlavə gəlir qazandıracaq. Yenilənmiş şərtlərlə müştərilər XalqKartda vəsaitlərini daha sərfəli şərtlərlə saxlamaqla onu yığım vasitəsi kimi daha rahat dəyərləndirə biləcəklər. Kampaniya 31 dekabradək qüvvədədir. 

Qeyd edək ki, 31 dekabradək 3 illik XalqKart Petrol və XalqKart Cashback kartları pulsuz təqdim edilir. XalqKart Petrol kartı ilə müştərilər həm ölkə daxilində, həm də xaricdə apardığı nağdsız ödənişlərdən 3% bonus qazanıb, toplanmış bonusları Azpetrol YDM şəbəkəsində yanacağa dəyişə bilərlər. XalqKart Cashback kartı isə nağdsız əməliyyatlardan 2% keşbek qazandıran ödəniş kartıdır. Hər iki kartda müxtəlif  üstünlüklər mövcuddur:

-  AZN valyutalı kartların qalığına illik 7% əlavə gəlir;

-  ölkədaxili bütün kartlara aylıq 3000 AZN-dək komissiyasız köçürmə;

-  aylıq 1000 AZN-dək komissiyasız nağdlaşdırma;

-  onlayn sifariş və pulsuz çatdırılma.

Ətraflı şərtlər: https://www.xalqbank.az/az/ferdi/kartlar/xalqkart-petrol

XalqKartı Bankın filiallarında, yaxud  https://cardorder.xalqbank.az/ səhifəsinə keçid edərək onlayn sifariş etmək mümkündür. Bakı ərazisində çatdırılma pulsuzdur.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı — Fins.az — Fins.az