Xalq Bankın Xankəndi filialı fəaliyyətə başladı

Xalq Bankın Xankəndi filialı fəaliyyətə başladı

PR
274

Xalq Bank xidmət şəbəkəsinin genişləndirilməsi strategiyasını davam etdirir. 3 iyul 2026-cı il tarixdə Xankəndi şəhərində Xalq Bankın yeni filialının açılışı olub.

Açılış tədbirində rəsmi nümayəndələr və Xalq Bankın rəhbər heyəti iştirak edib.

Xalq Bankın sayca 31-ci olan Xankəndi filialı Xankəndi şəhərinin Azərbaycan küçəsində fəaliyyət göstərəcək. Filialda fərdi və korporativ müştərilərə hesablaşma-kassa əməliyyatları, kredit və depozit məhsulları, bank kartları, pul köçürmələri, valyuta mübadiləsi və digər maliyyə xidmətləri təqdim olunacaq. Müasir standartlara cavab verən filial region sakinlərinin və biznes subyektlərinin maliyyə xidmətlərinə çıxış imkanlarını genişləndirməyi hədəfləyir. 

Qeyd edək ki, filial həftə içi 5 gün saat 09:30-dan saat 17:00-dək xidmət göstərəcək. Həmçinin filialın tərkibində özünəxidmət terminalları ilə təchiz edilmiş rəqəmsal ofis 24/7 rejimində fəaliyyət göstərəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...