
Xalq Bankdan sərfəli şərtlərlə istehlak krediti kampaniyası
Xalq Bank müştərilərə sərfəli kreditdən yararlanmaq imkanı təqdim edir.
Keçirilən kampaniya çərçivəsində müştərilər istehlak kreditini illik 15%-dən başlayan faizlərlə əldə edə bilərlər. Təminatsız kreditlər 48 ayadək və 20 000 manatadək, zaminliklə 59 ayadək və 30 000 manatadək təklif edilir. Müraciətçi sonuncu iş yerində 6 ay, ümumi ən azı 12 aylıq iş stajına malik olmalıdır. Ətraflı şərtlərlə https://www.xalqbank.az/az/ferdi/kreditler/istehlak səhifəsində tanış olmaq mümkündür.
Qeyd edək ki, kampaniya 30 dekabradək qüvvədədir.
Kredit sifarişi üçün https://loanorder.xalqbank.az/ vasitəsilə onlayn sifariş yerləşdirmək və ya Xalq Bank filiallarına müraciət etmək olar. Bankın cari müştəriləri isə sifarişi XalqOnline mobil tətbiq üzərindən yerləşdirə bilərlər.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.