Rabitəbankda yeni təyinat

Rabitəbankda yeni təyinat

PR
278

Bankın İdarə Heyətinin qərarı ilə Ağaşirin Əsgərli Kreditlərin anderraytinqi departamentinin “Mikro kreditlərin anderraytinqi” şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Ağaşirin Əsgərli bank sektorunda 10 ildən artıq peşəkar təcrübəyə malikdir. Karyerasına 2014-cü ildə Rabitəbankda başlayan Ağaşirin Əsgərli burada kreditləşmə, müştəri xidmətləri və problemli kreditlərlə iş istiqamətlərində müxtəlif vəzifələrdə çalışaraq bu sahələrdə mühüm təcrübə qazanıb. 2017-2021-ci illərdə müxtəlif banklarda mikro və aqrar kreditləşmə, eləcə də kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi sahələrində fəaliyyətini davam etdirib.

2021-ci ildə yenidən Rabitəbankda fəaliyyətə başlayan Ağaşirin Əsgərli Mikrokreditlər departamentində menecer, 2023-cü ildən isə şöbə rəisinin müavini vəzifəsində çalışıb. Bu dövrdə mikro kredit portfelinin inkişafı, anderraytinq proseslərinin təkmilləşdirilməsi, kredit risklərinin qiymətləndirilməsi və qərarvermə mexanizmlərinin optimallaşdırılması istiqamətlərində həyata keçirilən layihələrdə mühüm rol oynayıb.

Yeni vəzifəsində Ağaşirin Əsgərli mikro kreditlərin anderraytinqi strategiyasının inkişafı, risklərin effektiv idarə olunması, kredit qərarlarının keyfiyyətinin artırılması və proseslərin daha səmərəli təşkili istiqamətlərinə rəhbərlik edəcək.

Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.

Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rabitəbankda yeni təyinat — Fins.az — Fins.az