"RABİTƏBANK" ASC AÇIQ TENDER ELAN EDİR

"RABİTƏBANK" ASC AÇIQ TENDER ELAN EDİR

PR
261

Tenderin adı: PCI DSS standartlarına uyğunluğun qiymətləndirilməsi  

Tenderin elan tarixi:  17.06.2026

Tenderin son tarixi:   29.06.2026, saat 18:00.

 

Tenderin qısa şərtləri:

Rabitabank ASC, PCI DSS v4.0.1 beynəlxalq standartı üzrə əhatə dairəsi və uyğunluq boşluqlarının müstəqil qiymətləndirilməsini həyata keçirmək üçün ixtisaslı PCI DSS QSA təchizatçısını və PCI SSC tərəfindən təsdiqlənmiş ASV təminatçısını seçmək məqsədi ilə tender elan edir.

 

Qiymətləndirilmənin məqsədi: Rabitabank-ın hazırkı PCI DSS uyğunluq vəziyyətini müəyyən etmək, faktiki kart sahibi məlumatlarının saxlanması, emalı, ötürülməsi, göstərilməsi, qeydiyyatı, ehtiyat nüsxələri və kənar xidmət emalı modelinə əsaslanaraq müvafiq PCI DSS tələblərini müəyyən etmək, boşluqları qiymətləndirmək və sənədləşdirilmiş bərpa yol xəritəsi və idarəetmə/tənzimləmə xülasəsi hesabatını təqdim etməkdir.

 

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:

·        İştirakçı şirkətin bu sahədə ən azi 2 il təcrübəsi (ixtisas uyğunluğu) və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar)

·        İşin icra müddəti qeyd edilməsi mütləqdir

·        Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi

 

Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:

·        Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli

·        Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri

·        Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)

·        Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd

·        Şirkətin son 1 ildəki rəsmi maliyyə hesabatı (son1 il müddət ərzində təqdim edən şirkətlər verməsin)

·        Şirkətin son 1 ildəki vergi borcunun  olmaması haqqında rəsmi arayış (son1 il müddət ərzində təqdim edən şirkətlər verməsin)

Təkliflərin qəbul edilməsi:

Ø Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş  halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək (Bakı şəh., AZ 1014,  Füzuli küç. 71) ünvanına  göndərilməlidir.

Ø Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər [email protected] elektron ünvanına və ya +99450 270 72 20 nömrəsinə müraciət edə bilərlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"RABİTƏBANK" ASC AÇIQ TENDER ELAN EDİR — Fins.az — Fins.az