Niyə bəzi insanlar sığorta təminatını ala bilmirlər?

Niyə bəzi insanlar sığorta təminatını ala bilmirlər?

PR
204

Sığorta haqqında danışarkən adətən onun üstünlüklərindən bəhs edilir. Lakin bir çox insanın maraqlandığı başqa bir sual da var: niyə bəzi hallarda sığortalanmış şəxslər təminat ala bilmir?

Əsas səbəblərdən biri sığortanın hadisədən sonra deyil, əvvəl alınmalı olmasıdır. Risk artıq baş veribsə və ya hadisənin baş verməsi qaçılmazdırsa, sığorta təminatı tətbiq edilmir. Məsələn, yanğından sonra evi sığortalamaq və təminat tələb etmək düzgün deyil.

Digər vacib məqam müqavilə şərtləridir. Bəzi hallarda müştərilər sığorta hadisəsinin baş verdiyini düşünür, amma həmin risk müqavilənin təminat dairəsinə daxil olmaya bilər. Buna görə də sığortanı alanda şərtlərlə və təminatlarla diqqətlə tanış olmaq çox vacibdir ki, sonra yanlış təəssüratlar yaranmasın. Məsələn, əmlakın və ya avtomobilin vəziyyəti barədə düzgün məlumat verilmədikdə, bu, sonradan problemlərə səbəb ola bilər.

Nəzərə alın ki, sığorta zərərin baş verməsinin qarşısını alan mexanizm deyil, onun maliyyə nəticələrini qarşılayan vasitədir. Bunun üçün isə həm sığorta şirkətinin, həm də müştərinin üzərinə düşən öhdəliklər var.

Unutmayın. Sığorta alarkən yalnız qiymətə deyil, müqavilənin şərtlərinə və təminatların genişliyinə diqqət yetirin. Nümunə olaraq PAŞA Sığorta şirkətinin sığorta məhsullarına BURADA diqqət yetirə bilərsiniz. Kifayət qədər geniş riskləri əhatə edir. Bu, gələcəkdə yarana biləcək anlaşılmazlıqların qarşısını almağa kömək edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Niyə bəzi insanlar sığorta təminatını ala bilmirlər? — Fins.az — Fins.az