
Mühasib vakansiyası
Mühasib
İş şəraiti:
İş qrafiki: 5 günlük iş həftəsi;
İş saatları: 09:00 – 17:00;
İş yeri: Abşeron rayonu, Xırdalan şəhəri (Masazır dairəsi yaxınlığı).
Vəzifə öhdəlikləri:
ƏDV, ÖMV, Əmlak vergisi və Muzdlu işlə əlaqədar Vahid Bəyannamələrin hazırlanması və vaxtında təqdim edilməsi;
Xərclərin Vergi Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılması;
Vergi orqanlarından daxil olan məktub, sorğu və bildirişlərin cavablandırılması;
Vergi yoxlamaları zamanı tələb olunan sənədlərin hazırlanması və təqdim edilməsinin təmin edilməsi;
Debitor və kreditor hesablarının aylıq uzlaşdırılması və qalıqların uyğunluğunun yoxlanılması;
Alış əməliyyatlarının gündəlik və ya aylıq əsasda Micro ERP proqramına işlənilməsi;
Mühasibat uçotu sənədlərinin düzgün aparılması və uçot əməliyyatlarına nəzarət;
Rəhbərlik tərəfindən verilən digər maliyyə və mühasibatlıq tapşırıqlarının icrası.
Namizədə tələblər
Maliyyə, Mühasibat uçotu və ya Audit ixtisası üzrə ali təhsil;
Müvafiq sahə üzrə iş təcrübəsi;
Vergi və mühasibat uçotu üzrə qüvvədə olan qanunvericiliyi bilmək;
MS Office proqramlarında, xüsusilə Microsoft Excel üzrə yüksək səviyyədə işləmək bacarığı;
New e-Taxes, e-Gov, e-Sosial və digər elektron dövlət portallarından istifadə bacarığı;
PMS və ya ACCA F3 (FA) sertifikatlarından ən azı birinə sahib olmaq;
Mənfəət və ƏDV bəyannamələrinin hazırlanması və təqdim edilməsi üzrə praktiki təcrübə;
Mühasibat uçotu əməliyyatları və müxabirləşmələr üzrə biliklər;
Micro ERP proqramında işləmək bacarığı üstünlük hesab olunur;
Maliyyə və mühasibatlıq sahəsində yerli və ya beynəlxalq sertifikatların olması üstünlükdür.
Şəxsi keyfiyyətlər
Dəqiqlik və detallara diqqət;
Yüksək məsuliyyətlilik;
Operativlik;
Analitik düşüncə və nəticəyönümlülük;
Komanda ilə işləmək bacarığı.
Biz təklif edirik
Rəqabətli əməkhaqqı;
Nahar şirkət tərəfindən təmin edilir;
Korporativ mobil nömrə və danışıq paketi;
AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
Müraciət qaydası
Maraqlanan namizədlər öz CV-lərini [email protected] edek mail adressinə göndərə bilərlər.
Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə növbəti seçim mərhələsi üçün əlaqə saxlanılacaq.
Daha ətraflı məlumat üçün LİNKƏ DAXİL OLUN.