Çinin Neptune Logistics Group şirkəti Abşeron Logistika Mərkəzində fəaliyyətə başlayıb

Çinin Neptune Logistics Group şirkəti Abşeron Logistika Mərkəzində fəaliyyətə başlayıb 

PR
106

Çinin aparıcı logistika şirkətlərindən olan Neptune Logistics Group Abşeron Logistika Mərkəzində öz nümayəndəliyini açıb.

Açılış mərasimində Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndə heyəti, aparıcı logistika şirkətlərinin rəhbərləri və Azərbaycanda fəaliyyət göstərən Çin şirkətlərinin təmsilçiləri iştirak ediblər.

Neptune Logistics Group-un Xarici Satış Direktoru Maggie Zhong çıxışı zamanı vurğulayıb ki, Bakıda fəaliyyətə başlamaları şirkətin Avrasiya logistika şəbəkəsinin genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Azərbaycanın Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunda tutduğu strateji mövqe Çin ilə Avrasiya bazarları arasında yükdaşımaların daha səmərəli təşkilinə imkan yaradır. Trans-Xəzər Əməliyyat Mərkəzi isə müştərilərə daha etibarlı və operativ logistika həlləri təqdim etməklə yanaşı, regional tərəfdaşlıqların inkişafına və təchizat zəncirinin dayanıqlığının gücləndirilməsinə də töhfə verəcək.

Qeyd edək ki, Neptune Logistics Group Çin Dəmir Yolu Ekspresi (CR Express) vasitəsilə Avropa, Rusiya, Mərkəzi Asiya, Cənub-Şərqi Asiya, Qafqaz və digər regionlara beynəlxalq dəmir yolu yükdaşımalarını həyata keçirir. Şirkət eyni zamanda multimodal və hava yükdaşımaları, sərhədlərarası elektron ticarət logistikası, anbar, gömrük və təchizat zəncirinin idarə olunması üzrə kompleks xidmətlər göstərir.

Abşeron Logistika Mərkəzində Neptune Logistics Group-un nümayəndəliyinin fəaliyyətə başlaması Azərbaycan ilə Çin arasında iqtisadi və logistika əməkdaşlığında yeni mərhələnin əsasını qoyur. Bu əməkdaşlıq Çin-Avropa nəqliyyat dəhlizi üzrə yükdaşımaların və ticarət dövriyyəsinin artmasına, "Bir Kəmər, Bir Yol" təşəbbüsü çərçivəsində regional logistika əlaqələrinin genişlənməsinə, eləcə də Azərbaycanın regional logistika qovşağı kimi mövqeyinin daha da gücləndirilməsinə töhfə verəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Çinin Neptune Logistics Group şirkəti Abşeron Logistika Mərkəzində fəaliyyətə başlayıb — Fins.az — Fins.az