
Bakcell ChatGPT üçün interneti pulsuz etdi
Bakcell süni intellekt sahəsində yeni təşəbbüsünü təqdim edib. Şirkət ChatGPT, Claude, DeepSeek və Perplexity kimi aparıcı süni intellekt platformalarından istifadə üçün bütün Bakcell abunəçilərinə hər ay pulsuz internet trafiki təqdim edəcək.
Fins.az xəbər verir ki, xidmət standart olaraq aktivdir və əlavə qoşulma tələb etmir. Təşəbbüs istifadəçilərin süni intellekt alətlərindən gündəlik istifadəsini təşviq etməklə yanaşı, onların rəqəmsal imkanlarının genişlənməsinə də töhfə verməyi hədəfləyir.