Xankəndidə əmək yarmarkası keçiriləcək

Xankəndidə əmək yarmarkası keçiriləcək

MÜSAHİBƏ
410

Finss.az - İyunun 4-də Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialı Xankəndi şəhərində əmək yarmarkası keçirəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, filialın Xankəndi şəhər xidmət şöbəsinin inzibati binasında təşkil olunacaq yarmarkada Xocalı rayonu üzrə “Qoç ət” Kəndli Fermer Təsərrüfatı”na aid mühasib, traktorçu, baytar, təmirçi-çilingər, mexanik və s. iş yerləri üzrə vakansiyaların çıxarılması nəzərdə tutulub.

Aktiv məşğulluq tədbirində bu vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Xankəndidə əmək yarmarkası keçiriləcək — Fins.az — Fins.az