Qablaşdırma üzrə yeni dövlət standartları qəbul edilib

Qablaşdırma üzrə yeni dövlət standartları qəbul edilib

MÜSAHİBƏ
538

Finss.az - Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS EN 13429:2025 “Qablaşdırma – Təkrar istifadə”, AZS EN 13430:2025 “Qablaşdırma – Materialı təkrar emal edilə bilən qablaşdırmaya dair tələblər” və AZS 14182:2025 “Qablaşdırma – Terminologiya – Əsas termin və təriflər” yeni dövlət standartları qəbul edilib.

İnstitutun məlumatına görə, bu standartların tətbiqində məqsəd təkrar istifadə oluna bilən qablaşdırmaların ətraf mühitə zərərli təsirlərinin minimuma endirilməsinə, o cümlədən material dövriyyəsinə yenidən inteqrasiya oluna bilən qablaşdırma miqdarını artırmaqla tullantı poliqon sahələrinin azaldılmasına nail olmaqdır.

Yeni dövlət standartlarının qəbulu qablaşdırma tullantılarının zərərli təsirlərinin qarşısının alınması, o cümlədən təkrar istifadəsi və bərpasına şərait yaradacaq, ekoloji tarazlığı təmin edəcək.

Yeni dövlət standartları Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qablaşdırma üzrə yeni dövlət standartları qəbul edilib — Fins.az — Fins.az