Müştərinin 27 min manatlıq istehlak krediti "PAŞA Həyat Sığorta" tərəfindən ödənildi

Müştərinin 27 min manatlıq istehlak krediti "PAŞA Həyat Sığorta" tərəfindən ödənildi

MÜSAHİBƏ
1,568

Finss.az - “PAŞA Həyat Sığorta” ASC “kredit həyat sığortası” üzrə növbəti böyük həcmli sığorta ödənişini həyata keçirdi.

Ölkədə fəaliyyət göstərən kommersiya banklarının birindən kredit götürmüş şəxs bədbəxt hadisə nəticəsində vəfat etmişdir.

İstehlak krediti götürmüş şəxsin vəfat etməsi nəticəsində müştərinin 27 853 manat qalıq borc məbləği “PAŞA Həyat Sığorta” ASC tərəfindən aidiyyəti üzrə ödənilib.

Qeyd edək ki, istehlak və ipoteka növü üzrə kredit götürən şəxslərin həyatları sığortalandığı halda, şəxs vəfat etdikdə və ya əmək qabiliyyətini itirdikdə (əllillik) banka olan kredit borcu sığorta şirkəti tərəfindən ödənilir.

Bu sığorta növü kredit götürənin ailə və yaxınlarını banka olan kredit borcuna görə məsuliyyət daşımaqdan azad edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Müştərinin 27 min manatlıq istehlak krediti "PAŞA Həyat Sığorta" tərəfindən ödənildi — Fins.az — Fins.az