İcbari tibbi sığorta çərçivəsində 44 milyon tibbi xidmət göstərilib

İcbari tibbi sığorta çərçivəsində 44 milyon tibbi xidmət göstərilib

MÜSAHİBƏ
539

Finss.az - 2025-ci ilin yanvar-iyun aylarında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatına görə, icbari tibbi sığorta çərçivəsində Xidmətlər Zərfi üzrə 80 orqan transplantasiyası əməliyyatı həyata keçirilib.

Əməliyyatların 56 faizi böyrək, 38 faizi qaraciyər, 6 faizi isə sümük iliyinin transplantasiyasına aid olub. Eyni zamanda, bu dövr ərzində icbari tibbi sığorta sistemi çərçivəsində 44 milyondan çox tibbi xidmət göstərilib.

Cari ilin ilk 6 ayı ərzində 3.6 milyondan çox şəxs tibb müəssisələrinə 12.3 milyon dəfə müraciət edib. Ən çox müraciət edilən xəstəliklər sırasına ümumi tibbi müayinə, endokrin, tənəffüs, qan dövranı və sidik-cinsiyyət sistemi xəstəlikləri daxildir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi qeyd edib ki, bu göstəricilər ölkədə tibbi xidmətlərin əlçatanlığının artırılması və vətəndaşların sağlamlığının qorunması istiqamətində atılan mühüm addımların nəticəsidir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İcbari tibbi sığorta çərçivəsində 44 milyon tibbi xidmət göstərilib — Fins.az — Fins.az