Əmtəə bazarlarında qızılın və gümüşün qiyməti artıb

Əmtəə bazarlarında qızılın və gümüşün qiyməti artıb

MÜSAHİBƏ
563

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti yenidən tarixi maksimumu yeniləyərək 3 175 dolları ötüb.

Finss.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 0,79% artaraq 3 175,09 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 0,72% artaraq 34,086 ABŞ dollarına bərabər olub.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...