Bu günə ən çox satılan 10 SƏHM

Bu günə ən çox satılan 10 SƏHM

MÜSAHİBƏ
455

Finss.az - 24 iyul 2025-ci il tarixində qlobal səhm bazarında ən çox satılan 10 səhmin siyahısı açıqlanıb. Bu gün investorların diqqəti əsasən texnologiya və yarımkeçirici sektorlarına yönəlib.

Siyahıda liderliyi Nvidia şirkəti tutur. Nvidia səhmlərinin qiyməti 2,13% artaraq 170,78 dollara çatıb və gündəlik ticarət həcmi 154 milyon səhm olub.

İkinci yerdə Microsoft şirkəti qərarlaşıb. Microsoft səhmlərinin qiyməti 0,16% yüksələrək 505,87 dollar, ticarət həcmi isə 16,4 milyon səhm təşkil edib.

Apple üçüncü ən çox satılan səhmlər arasında yer alır. Onun qiyməti 214,15 dollar səviyyəsində olub və 0,05% azalma qeydə alınıb. Ticarət həcmi isə 47 milyon səhmə yaxındır.

Amazon səhmlərinin qiyməti 0,36% artaraq 228,29 dollar olub, ticarət həcmi 28,3 milyon səhm təşkil edib.

Tesla səhmlərinin qiyməti 0,18% yüksələrək 332,56 dollar, ticarət həcmi isə 92,6 milyon səhmə yaxın olub.

Meta Platforms səhmləri 1,27% artaraq 713,58 dollar, ticarət həcmi isə 8,8 milyon səhm səviyyəsindədir.

Alphabet (Google) səhmlərinin qiyməti 0,59% azalma ilə 190,23 dollar olub, ticarət həcmi isə 58,7 milyon səhmə bərabərdir.

Broadcom səhmlərinin qiyməti 1,81% artaraq 283,69 dollar, ticarət həcmi 20,6 milyon səhm təşkil edib.

Taiwan Semiconductor (TSMC) səhmləri 2,5% qiymət artımı ilə 240,33 dollar olub, ticarət həcmi isə 9,9 milyon səhmə yaxınlaşıb.

Ümumilikdə, 24 iyul tarixində texnologiya və yarımkeçirici şirkətlərin səhmləri bazarda üstünlük təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu günə ən çox satılan 10 SƏHM — Fins.az — Fins.az