Azərbaycanın kimya sənayesində istehsal və ixrac artıb

Azərbaycanın kimya sənayesində istehsal və ixrac artıb

MÜSAHİBƏ
587

Azərbaycanın kimya sənayesində 2025-ci ilin yanvar ayında 143,2 milyon manatlıq məhsul istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35,9% artım deməkdir.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, sənaye məhsullarının istehsalı müxtəlif istiqamətlər üzrə fərqli dinamika nümayiş etdirib:

  • Təsirsiz qazlar – istehsal 4% artaraq 3 618,4 min kubmetrə çatıb. Lakin azot istehsalı 5,1% azalaraq 1 858,7 min kubmetr təşkil edib.
  • Lak-boya məmulatları – 44,8% artımla 2 380,1 tona yüksəlib.
  • Qeyri-üzvi kimyəvi maddələr – 11,5% azalaraq 2 000 tona enib.
  • Üzvi kimyəvi maddələr – 6,2% azalma ilə 80 min ton olub.
  • Etilen – 19,1% artaraq 15,6 min tona çatıb.
  • Propen (propilen) – 26,6% artımla 13,8 min ton təşkil edib.
  • Metanol (metil spirti) – 21,6% azalaraq 38,4 min tona düşüb.

Kimya sənayesi məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,6% artaraq 113 789,52 tona çatıb. Dəyər baxımından isə ixrac 60% artımla 22,077 milyon dollardan 35,54 milyon dollara yüksəlib.

İxrac strukturunda əsas paya azot gübrəsi sahib olub. Bu məhsulun ixrac həcmi 15,4% artaraq 73 514,4 tona yüksəlib. Dəyər ifadəsində isə azot gübrəsinin ixracı ikiqat artaraq 21,05 milyon dollara çatıb.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın kimya sənayesində istehsal və ixrac artıb — Fins.az — Fins.az