Azərbaycanda əhalinin banklardakı əmanətləri artıb

Azərbaycanda əhalinin banklardakı əmanətləri artıb

MÜSAHİBƏ
621

Azərbaycanda əhalinin banklardakı əmanətləri yanvar ayında ən pik həddə çatıb.

Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu il fevralın 1-nə əhalinin banklardakı əmanətləri (Bura fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri də daxil ) 14 mlrd. 698.7mln. manat təşkil edib. Bu isə əvvəlki ayla müqayisədə 0,2% və ya 36,8 mln. manat çoxdur.

Ötən ilin sonuna bu rəqəm 14 mlrd. 661,9 mln. manat təşkil edib.

Fiziki şəxslərin əmanətlərinin 66%-i (9,497 mln. manat) milli valyutada, 34%-i (4,888.4 mln. manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 60.8%-i (8,746.8 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri yanvar ayında 1.7% və ya 146 mln. manat artıb.

Qeyd edək ki, əhalinin banklardakı əmanətlərinin həcmi 2021-ci ildən etibarən davamlı artım tendensiyası nümayiş etdirib.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda əhalinin banklardakı əmanətləri artıb — Fins.az — Fins.az